Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei  mərhum Hacı Əli Şəməqdərinin vəfatı münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
"İnna lillah və inna ileyhi raciun" "Mərhəmətli və Bağışlayan Allahın adı ilə! Köhnə və yaxın dostum,  mömin, inqilabçı və dindar olan şəhid atası, şəhid qardaşı Cənab Hacı Əli Şəməqdərinin  vəfatı xəbərindən kədərləndik. Mən yarım əsrdən çoxdur ki, bu imanlı və çalışqan qardaşı tanıyıram. Onu həmişə həmişə haqq cəbhəsində olan,  qeyrətli, sadiq,  vəfalı və səbirli biri kimi tanımışam.  Ondan yaxşılıq və  çalışqanlıqdan başqa bir şey görmədim.     Uca Yaradandan onun üçün rəhmətini və ən yüksək dərəcələri verməsini diləyirəm! O, mərhumun möminə və səbirli həyat yoldaşına, saleh övladlarına, eləcədə digər yaxınlarına  və dostlarına başsağlığı deməyi özümə borc bilirəm.  O mərhumun saleh bəndələr və şəhidlərlə məşhur olmasını Allahdan diləyirəm.” 
 
Qeyd edək ki,  Hacı Əli Şəməqdəri 85 yaşında cümə axşamı günü vəfat edib. O, İmam Rzanın (ə) hərəminin xidmətçilərindən , Əhli-beyt  (ə) məddahı, Quran qarisi və İslam İnqilabının ilk mübarizələrindən olub.  O mərhum həmçinin Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin  Məşhəd şəhərindəki ofisinin  Hüseyniyyəsinin rəhbəri  olub.  
 
 

Google+ WhatsApp ok.ru