Ayətullah Xameneinin Müqəddəs Müdafiəsində iştirak edən veteranlar ilə onlayn görüşü keçirilib - FOTO/YENİLƏNİB 21 Sentyabr 2020 11:55 İslam lideri (Ayətullah Xameneinin çıxışı əlavə olunub ) İran-İraq müharibəsinin başlamasının 40-cı ildönümündə Ali Rəhbər Ayətullah Seyid Əli Xameneinin Müqəddəs Müdafiəsində iştirak edən veteranlar ilə onlayn görüşü keçirilib. Maide.Az "khamenei.ir" saytına istinadla xəbər verir ki, görüşdə Ayətullah Xameneinin çıxış edib. İran-İraq səkkiz illik müharibəsilə bağlı ölkədə qeyd edilən “müqəddəs müdafiə günləri” ilə bağlı çıxış edən Ayətullah Xamenei İranın belə bir müharibəyə sürükləndiyini deyib. İran xalqının Müqəddəs Müdafiə savaşındakı parlaq və danılmaz qələbəsinə işarə edən Ali Rəhbər dedi: “Bu reallıq İmam Xomeyninin misilsiz liderliyinin və komandanlığının, xalqın müxtəlif təbəqələrinin hərtərəfli iştirakının, İslamın və İnqilabın müdafiəçilərinin bu tarixi qəhrəmanlıq salnaməsində atdığı rasional addımların nəticəsidir. Düşmənin İran xalqının şanlı kimliyinin bu fraqmentininə aid olan reallıqları təhrif etmək cəhdlərinə qarşı diqqətli və ehtiyatlı olmalıyıq”. Ali Rəhbər həmçinin ölkədə hər gün koronavirusdan 150-yə yaxın insanın vəfat etməsindən dərin təəssüf hissi keçirdiyini bildirərək əhalini rəsmi qurumların bütün göstərişlərinə tam və ardıcıl surətdə əməl etməyə çağırdı. Ali Baş Komandan Müqəddəs Müdafiə döyüşçüləri və veteranlarına sonsuz ehtiramla yanaşmağın mütləq milli vəzifə olduğunu və İslam dinində təkidlə tövsiyə edildiyini qeyd edərək dedi: “Əziz veteranlarımızın və onların şəhid olmuş döyüş yoldaşlarının gördüyü işin əzəmətini dərk etmək üçün Müqəddəs Müdafiə meydanının əzəmətini, habelə İran tarixinin bu mühüm etapındakı vəziyyəti lazımınca dərk etmək lazımdır”. Ambisiyalı Səddamın böyük dövlətlərin, xüsusilə də Amerikanın əlində yeganə vasitə olduğunu bildirən Həzrət Ayətullah Xamenei əlavə etdi: “İran xalqına qarşı aparılan müharibədə qarşı tərəf əslində İslam İnqilabından zərbə almış Amerika, regionda yeni bir iranlı-müsəlman fiqurunun ortaya çıxmasından narahat olan NATO, habelə Qərbi və Şərqi Avropa dövlətləri idi. İslam dövləti və İslam İnqilabını dağıdıb məhv etmək üçün Səddamı İrana qarşı müharibəyə təhrik edən əslində onlar olmuşdu”. Ali Rəhbər Amerika ilə Səddam arasında hələ müharibə başlamazdan öncə əldə edilmiş razılaşmaları əks etdirən sənədlərin yayımlandığını xatırladaraq dedi: “Müharibə illəri ərzində də Qərb və Şərq dövlətlərinin BƏƏ, Küveyt, Ərəbistan və digər kanallar vasitəsilə Səddam rejiminə hərbi, informasiya və maliyyə yardımları davam etdirilirdi”. Düşmənin təhriklərindən əlavə, İranın daxili vəziyyətinin də Səddamı hücuma cəsarətləndirdiyini deyən Ayətullah Xamenei əlavə etdi: “Müharibənin ilk illərində ordumuz maddi texniki baza və komandanlıq baxımından münasib səviyyədə deyildi, Keşikçi Korpus yeni yaranmışdı, müdafiə imkanları baxımından kəskin çatışmazlıq yaşayırdıq. Düşmənin bütün bu reallıqlardan məlumatı var idi və bu məsələlər onu hücuma daha da təhrik etmişdi”. 8 il davam etmiş Məcburi Müharibənin hansı şəraitdə başladığını şərh etdikdən sonra Ayətullah Xamenei İran xalqının düşmən qarşısında fədakar və qələbə əzmli müdafiə hərəkatının mühüm məqamlarını konkret faktlar əsasında qeyd etdi. Ali Məqamlı Rəhbər bu xüsusda Müqəddəs Müdafiənin başlanğıcından sonuna qədər İmam Xomeyninin olduqca həssas və heyrətamiz surətdə liderlik və komandanlıq etdiyini bildirərək dedi: “İmam hələ başlanğıcdan döyüş əməliyyatlarının real həcmini və miqyasını bilirdi və buna görə də heyrətamiz bir uzaqgörənliklə elan etmişdi ki, bu, iki qonşu ölkənin müharibəsi deyil, İslam İnqilabının və İran xalqının düşmənləri İslam dövlətinin əleyhinə birləşib Səddamın arxasında durublar”. Ali Rəhbər qeyd etdi ki, xalqı Müqəddəs Müdafiə meydanına çəkib gətirmək dahi İmam Xomeyninin həyat əhəmiyyətli dəyərləndirməsi idi. O əlavə etdi: “İmam inqilabın özündə də olduğu kimi, öz dərin dərki əsasında xalqı hərtərəfli mübarizə meydanına çəkib gətirdi. Çünki o, sırf silahlı qüvvələrin iştirakı ilə bu məsələnin həll edilə bilməyəcəyini anlamışdı”. Ali Rəhbər 8 il davam etmiş Müqəddəs Müdafiə savaşında dahi İmam Xomeyninin komandanlığının digər xüsusiyyətləri kimi onun misilsiz şəxsiyyətini, mənəvi nüfuzunu, doğruculluğunu, həqiqətləri və reallıqları hər zaman açıq-açığına söyləməsini və uzaqgörən baxışını qeyd edərək dedi: “İmam misilsiz və qeyri-adi qətiyyətlə əmrlər verərək hərb işini irəli aparırdı. Onun bu heyrətamiz qətiyyətinə misal olaraq, Abadanın mühasirədən çıxarılmasına, Xürrəmşəhr və Süsəngerdin azad edilməsinə təkid etməsini vurğulamaq olar”. Müharibənin şərtlərinə uyğun olaraq ən müxtəlif situasiyalarda müvafiq mövqe seçməsini İmamın digər xüsusiyyətləri sırasında qeyd edən Ayətullah Xamenei konkret misallar çəkərək dedi: “Lazımi məqamda xalqda ruh yüksəkliyi yaradaraq düşməni təhqir etmək, qələbə əldə olunduğu zamansa lovğalıq bəlasının qarşısını almaq, ehtiyac olduqda döyüşçülərin görüşünə gedərək onları ruhlandırmaq müharibə meydanının nə demək olduğunu yaxşı bilən bu mehriban ata və mənəvi başçının Müqəddəs Müdafiəni istiqamətləndirmək üçün seçdiyi metodlar idi”. Ali Rəhbər Müqəddəs Müdafiə barədə yazılan yazılarda və səsləndirilən fikirlərdə İmam Xomeyninin rolunun diqqətdən qaçırılmasından təəssüfləndiyini bildirərək dedi: “Bu sahədə ciddi və genişmiqyaslı işlər görülməlidir”. “Düşmənin Müqəddəs Müdafiə reallıqlarını təhrif etmə cəhdlərinə qarşı diqqətli olmaq lazımdır”, – deyən Ayətullah Xamenei daha sonra bu savaşın inanılmaz dərəcədə geniş aspektləri ilə bağlı məqamları sadaladı. Ali Rəhbərin vurğuladığı ilk məqam İran xalqının Müqəddəs Müdafiədə qazandığı parlaq və danılmaz qələbə oldu. O dedi: “Düşmənin müharibəni ortaya atmaqda hədəfi İslam dövlətini süquta uğratmaq, yenidən İranda ağalığı ələ keçirib ölkəni bölmək idi. Amma onlar İranın 1 qarış torpağını da işğal edə, İran xalqı və İslam Respublikasını 1 addım da olsun geri çəkilməyə vadar edə bilmədilər”. Ali Rəhbər son 1-2 əsrdə, yəni Qacar və Pəhləvi hakimiyyətləri dövründə İranın müharibələrdə daim məğlub olduğunu və həmin dövrlərdə ölkənin başında duranların təhqir olunduqlarını bildirərək əlavə etdi: “Müqəddəs Müdafiədə İran xalqı böyük Qərb və Şərq dövlətlərinin və onlardan asılı olan ölkələrin qarşısında durub başıucalıqla qələbə qazanmağa müvəffəq oldu. Məhz buna əsasən, qələbə ilə nəticələnmiş bu müdafiə hərəkatı İran milli kimliyinin bir hissəsi hesab oluna bilər”. Növbəti məqamı qeyd edən Ayətullah Xamenei Müqəddəs Müdafiənin başdan sona qədər İran xalqının ən müdrik və rasional hərəkatlarından biri olduğunu bildirdi. Ali Rəhbərin çıxışı İran televiziyası və radiosu vasitəislə canlı və khamenei.ir saytı vastiəsilə onlinle yayımlanıb. Qeyd edək ki, bu gün İranda Müqəddəs Müdafiə Həftəsi başlayıb. Müqəddəs Müdafiə Həftəsi İranda 1980-ci ildən keçirilir. Teqlər : #Ayətullah Xamenei,#Müqəddəs Müdafiə,#veteranlar , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Ayətullah Xamenei başsağlığı verib Ayətullah Xamenei başsağlığı verib
Ali Rəhbər ölkənin bir qrup istehsalçısı, iqtisadi və sənaye müəssisə rəhbərləri və işçilərini qəbul edib
Ali Rəhbərin iştirakı ilə Peyğəmbərin (s) vəfatı və İmam Həsənin (ə) şəhadət ildönümünə həsr edilmiş mərasim keçirildi - FOTO
Ali Rəhbər: İranın şimal-qərbində baş verən hadisələr əcnəbi orduların bu ölkələrə müdaxiləsinin qarşısı alınmaqla həll olunmalıdır
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvəndin ikinci dozası vurulub - FOTO
Ali Rəhbər ayətullah Xameneiyə COVID-19 infeksiyasına qarşı yerli peyvənd vurulub - FOTO/VIDEO - YENİLƏNİB