Ayətullah Məkarim Şirazi bəyanat verərək müsəlmanları Azərbaycana dəstək verməyə çağırıb

Ayətullah Məkarim Şirazi bəyanat verərək müsəlmanları Azərbaycana dəstək verməyə çağırıb

Ayətullah Məkarim Şirazi yenidən Qarabağla bağlı bəyanat verib və müsəlmanları Fələstin kimi Azərbaycana da dəstək verməyə çağırıb.

 
Maide.Az "iqna"a istinadla xəbər verir ki, İslam dünyasının tanınmış mərceyi təqlidi Ayətullah Nasir Məkarim Şirazi Qarabağla bağlı bəyanat verib.
 
Bəyanatda deyilir:
 
"Bismillahir rəhmanir rəhim.
 
Son günlərdə Qarabağla bağlı narahatedici xəbərlər  yenidən insanların diqqətini və qəlbini İslam dünyasının bir parçası olan bu bölgəyə cəlb edib.  Bu məntəqənin illər öncə zalımcasına baş vermiş işğalından sonra məntəqədə yenidən müharibənin şölələri alovlanıb və məzlum müsəlmanların qanı burada axmağa başlayıb. Bəzi müsəlmanlar ev-eşiklərindən didərgin düşüb və bütün bu cinayətlərin məsuliyyəti ilkin səbəbkarların, yəni işğalçıların üzərindədir. Qarabağın, o cümlədən də Fələstin və işğal olunmuş digər islam torpaqlarının azadlığını dəstəkləmək bütün müsəlmanların borcudur. Biz də öz növbəmizdə bu dəstəyə təkidlə yanaşır və bütün vasitəçilik, müzakirə və qəbul olunan qərarların bu məntəqənin bütövlüklə azad olunması ilə nəticələnməsinə xidmət göstərməli olduğunu zəruri bilirik.
 
Yeri gəlmişkən möhtərəm Azərbaycan hakimiyyəti Qurani-Kərimin : " *Zülm edən kəslərə arxalanmayın*"- əmrinə əməl edərək özləri işğalçı, qəsbkar olan, yaxud müsəlmanların qanını halal bilən, şəxsi mənafeləri üçün islami ölkələrdə fitnəkarlıq törədənlərdən kömək diləmək əvəzinə, öz həqiqi dostlarının köməyi ilə Azərbaycan xalqının haqlarını tələb etməlidir.
 
Bütün asimani kitabların və ilahi peyğəmbərlərin, xüsusi ilə də Həzrət İsanın(ə) təlim etdiyi, zülm etməkdən çəkinmək və məzluma həmdəm olmaq olmuşdur. Buna görə də bütün xristianlardan gözlənilən budur ki, Ermənistan hakimiyyətini öz vəzifəsinə əməl etməklə zülm və işğalçılıq ləkəsini bu ilahi dinin ardıcıllarının ətəyindən təmizləyib dünya inanclılarının və Allahpərəstlərinin qəlblərinin biri-birinə yaxınlaşmasına səbəb olmağa dəvət etsin və onları bu zülmün acı nəticələrindən çəkindirməyə çalışsınlar.
 
Allah (c.c) : *"Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar"* buyurduğu kimi.
 
Allahın salamı, rəhməti və bərəkəti üzərinizə olsun.
 
Qum- Nasir Məkarim Şirazi.
 
18 oktyabr.2020

 

Google+ WhatsApp ok.ru