Ayətullah Xameneinin Fransa gənclərinə məktubu:Öz prezidentinizdən soruşun...

Ayətullah Xameneinin Fransa gənclərinə məktubu:Öz prezidentinizdən soruşun...

 
Fransa prezidenti  Emmanuel Makron tərəfindən İslam Peyğəmbərinin (s) karikaturasının yayılmasını təsdiqləməsi dünyada müsəlmanların qəzəbinə səbəb olub.  Bu səbəbdən Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei   Fransa gənclərinə qısa bir məktub yazıb.  Bu məktubun mətni fransız dilində sosial şəbəkələrdə paylaşılıb. 
 
Məktubu təqdim edirik: 
 
"Allahın adı ilə!  Ey Fransa gəncləri! 
 
Öz prezidentinizdən soruşun: Nə üçün Allahın peyğəmbərini təhqir etməyi dəstəkləyir və onu  söz azadlığı hesab edir? Söz azadlığının mənası  söyüş və təhqirdirmi, özü də parlaq və müqəddəs simaların təhqiri?  Sizcə bu axmaq hərəkət onu özünə prezident seçən xalqın şüur və düşüncəsinə hörmətsizlik deyilmi ? 
 
Növbəti sual budur ki, nə üçün Holokosta şübhə etmək cinayətdir?  Əgər kimsə  bu haqda yazarsa, həbsxanaya atılmalı, Peyğəmbərə (s) hörmətsizlik isə azaddır?"
 
Seyid Əli Xamenei 
 

Google+ WhatsApp ok.ru