Ayətullah Xamenei başsağlığı verib

Ayətullah Xamenei başsağlığı verib

Ali Rəhbər Ayətullah  Seyyid Əli Xamenei Iranın müdafiə və nüvə texnologiyası üzrə  alimi Möhsin Fəxrizadənin terror nəticəsində şəhadəti münasibətilə başsağlığı verib.
 
Maide.Az “leader.ir” saytına istinadən xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin başsağlığı mesajında bildirilir:
 
 "Mərhəmətli və Bağışlayan Allahın adı ilə. Ölkənin müdafiə və nüvə texnologiyası üzrə qabaqcıl alimlərindən olan cənab Möhsin Fəxrizadə cinayətkar muzdlular tərəfindən şəhid edilib.  Nadir elmi şəxsiyyətlərdən olan M.Fəxrizadə, öz qiymətli həyatını  böyük və davamlı elmi səyləri naminə Allah yolunda qurban vermişdir. Yüksək şəhidlik məqamı onun ilahi mükafatıdır. İki önəmli məsələni  məsul şəxslər ciddi yerinə yetirməlidir. Birincisi bu cinayəti araşdırmaq və cinayəti törədənlər və göstəriş verənlərin cəzalandırılması.  İkincisi bu şəhidin çalışdığı bütün sahələrdə  texniki və elmi səyləri davam etdirilməsi.   Mən şəhidin ailəsinə,  ölkənin elm adamalarına və müxtəlif sahələrdə olan şagirdlərinə və həmkarlarına onun şəhadətini təbrik və onun yoxluğu münasibətilə başsağlığı verirəm.  Uca Yaradandan o mərhum üçün ən yüksək dərəcələri verməsini diləyirəm!"

Google+ WhatsApp ok.ru