Britaniya insan haqlarını pozan ölkələrə 17 milyardlıq silah satıb

Britaniya insan haqlarını pozan ölkələrə 17 milyardlıq silah satıb

Son beynəlxalq araşdırmaya əsasən, London son on ildə insan haqlarını pozan ölkələrə 17 milyard funt sterlinq dəyərində silah satıb. Məlumata əsasən, Vaşinqtonda yerləşən amerikalı qeyri-kommersiya təşkilatı Fridom Hausun (Freedom House) apardığı araşdırma göstərir ki, 2011 və 2020-ci illər arasında rəsmi London Səudiyə rejimi, Bəhreyn rejimi, Misir və Tailand kimi insan haqlarını pozan ölkələrə 16,8 milyard funt sterlinq dəyərində hərbi silah satmasına icazə verib.
 
Rəsmi London insan haqları zəif təmin olunan 53 ölkədən 39-na silah sataraq, bu ölkələri Britaniya istehsalı olan silahlarla təmin edib. Londonda yerləşən digər silah əleyhinə təşkilat (CAAT) tərəfindən hazırlanan hesabata əsasən, Britaniya bu kimi ölkələrə 11.8 milyard funt sterlinq dəyərində silah satışına icazə verib. Məlumata görə, Yəmənə qarşı müharibədə Səudiyə rejiminin rəhbərlik etdiyi ərəb koalisiyasının Britaiya istehsalı silahlardan istifadə etməsindən əlavə, Səudiyə rejiminin Yəməni bombalamaq üçün istifadə etdiyi hərbi arsenalının yarıdan çoxu Britaniya istehsalıdır. / deyerler.org/ 

Google+ WhatsApp ok.ru