Ayətullah Xamenei:  Onlar nə Quranı tanımış, nə də onu oxumuşlar

Ayətullah Xamenei: Onlar nə Quranı tanımış, nə də onu oxumuşlar

Quran və İslamı şəxsi və ibadi məsələlərlə məhdudlaşdıranlar Quranı tanımamış və onu oxumamışlar.
 
Maide.Az xəbər verir ki, bunu Ali Rəhbər Ayətullah Seyid Əli Xamenei bu gün keçirilən Quranla üns məclisindəki  çıxışında bildirib. 
 
“Quran və İslamı yalnız fərdi həyat tərzi və ibadi məsələlərlə  məhdudlaşdıranlar insanları cəmiyyətdən təcrid edirlər. Asket həyat tərzini önə çəkən bu düşüncə cəmiyyətə daxil olan insanın Quranı bir kənara qoymasına gətirib çıxarır. Bu cür düşünənlər insafən  Quranla tanış deyillər.  Onlar nə Quranı tanımış, nə də onu oxumuşlar."
 
Ali Rəhbər bildirib ki,  Quran özünü siyasi və ictimai problemlərdən heç vaxt kənarda görmür. 
 
“Tağutlar, hegemonlar, israfçılar və zülmkarlarla mübarizədən çəkinmir.  Həmişə onların qarşısında durur. Bu səbəbdən Quran insanların hər birinin hər bir sahədə əlindən tutmağa və onu hidyaət etməyə  məsuldur. Biz Quranın bu hidayətindən haçan istifadə edə bilərik?   "O, təqvalıları hidayət edir." Təqva varsa, bu hidayət, sözün həqiqi mənasında və bütövlükdə bizim olacaq."

Google+ WhatsApp ok.ru