Azərbaycan Ordusunun əsgəri minaya düşərək həlak olub

Azərbaycan Ordusu daha bir əsgərini itirib.
 
Hadisə cəbhə bölgəsində qeydə alınıb.
 
Azərbaycan Ordusunun əsgəri, Oğuz rayonundan həqiqi hərbi xidmətə çağırılan Qocayev Cavad Cəlil oğlu mina partlaması nəticəsində dünyasını dəyişib.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya fakt üzrə araşdırma aparıldığı bildirilib.

Google+ WhatsApp ok.ru