Azərbaycan Rusiyadan T-90MS tankı almaqda maraqlıdır

Əbu-Dabidə keçirilən ADEX beynəlxalq silah sərgisində bir sıra ölkələr Rusiya istehsalı olan “İskander” operativ-taktiki raket kompleksi, T-90MS tankı, “Xrizantema-S” tank əleyhinə kompleks və başqa silah nümunələrini almağa maraq göstəriblər.
 
Rosinformbüro yazır ki, sərginin ilk günlərində Yaxın Şərqin bir sıra ölkələri Rusiya istehsalı olan T-90MS tankını almağa böyük maraq göstəriblər.
 
Hələ adı çəkilməyən bir ölkə isə döyüş maşınını öz ərazisində sınaqdan keçirmək qərarına gəlib.
 
Bu barədə “Rosoboroneksport”un direktor müavini İqor Sevastyanov bildirib.
 
Onun sözlərinə görə, iyulda “biz sizinlə T-90MS tankının Əmirliklərə “irəlilməsi” adlanan hadisənin şahidi olacağıq”.
 
Bundan əvvəl “Uralvaqonzavod”un (T-90 tipli tankların istehsalçısı) baş direktoru Oleq Siyenko bildirmişdi ki, bu model Küveytdə uğurla sınaqdan keçirilib və region ölkələrində yaxşı perspektivləri var.
 
“UKBTM”in (“Uralvaqonzavod” korporasiyası) baş direktoru və baş konstruktoru Andrey Terlikov yaxın vaxtlarda T-90MS-in Yaxın Şərqə tədarükü müqavilələrinin icrasına başlamaq niyyəti barədə məlumat verib.

Google+ WhatsApp ok.ru