Azərbaycan avtomobil idxalını ikiqat azaldıb 15 Avqust 2015 01:00 İqtisadiyyat Bu ilin yanvar-iyul aylarında Azərbaycana 19 476 ədəd avtomobil idxal olunub. Dövlət Gömrük Komitəsindən Maide.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18 862 avtomobil və 1,97 dəfə azdır. Ölkəyə gətirilən avtomobillərin 660 ədədi sürücü daxil olmaqla 10 nəfər və ya daha çox adam daşımaq üçün nəzərdə tutulmuş motorlu nəqliyyat vasitələri, 17 345 ədədi əsasən adamların daşınması üçün nəzərdə tutulmuş minik avtomobilləri və digər motorlu nəqliyyat vasitələri, 1 275 ədədi yük daşımaq üçün motorlu nəqliyyat vasitələri, 196 ədədi isə xüsusi təyinatlı motorlu nəqliyyat vasitələridir. Teqlər : #Azərbaycan avtomobil idxalını ikiqat azaldıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Yarım ildə inflyasiya 3.5% olub Vergilər Nazirliyi qeyri-neft sektorundan vergiləri açıqlamır