Azərbaycanda nikah və boşanmaların statistikası açıqlanıb

Ötən il Azərbaycanda qeydiyyat şöbələri tərəfindən 68,8 min nikah və 12,8 min boşanma halı qeydə alınıb.
 
Maide.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə bu göstəricilər müvafiq olaraq 7,2 və 1,3 olub.
 
2015-ci ildə Dövlət Miqrasiya Xidməti və Daxili İşlər Nazirliyi tərəfindən Azərbaycana daimi yaşamaq üçün 2,7 min nəfər gələn və 1,6 min nəfər ölkədən gedən qeydə alınıb.

Google+ WhatsApp ok.ru