Azərbaycan ordusunun şəhid polkovniki ilə vida mərasimi keçirilir - FOTO

Azərbaycan ordusunun şəhid olan zabiti, polkovnik-leytenant Raquf Orucovla vida mərasimi başlayıb.
Təmas xəttində düşmənlə gedən döyüşdə şəhid olan R.Orucovla vida mərasimində Müdafiə Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin rəsmiləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Şəhidin qardaşı Zabil Orucov onun həyat yolundan danışıb: "Qardaşım bu vətən üçün doğuldu, bu vətən üçün şəhid oldu".
R.Orucovun vida mərasiminə gələnlər "Şəhidlər ölməz, vətən bölünməz!", "Qarabağ bizimdir, bizim olacaq!" və digər bu kimi şüarlar səsləndiriblər.

Google+ WhatsApp ok.ru