Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş və dönüş tarixləri açıqlanıb

Azərbaycanlı zəvvarların Həcc ziyarətinə gediş və dönüş tarixləri açıqlanıb

Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu avqustun 24-də yola düşəcək.
 
Maide.Az xəbər verir ki, bu barədə Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib. Növbəti qruplar isə avqustun 25-26-da yola düşəcək. Zəvvarların qayıdışı sentyabrın 12-si, 13-ü və 14-nə nəzərdə tutulub. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar bu il də zəvvarlar avtobusla yox, təyyarə ilə Səudiyyə Ərəbistanına gedəcəklər. Uçuşları AZAL həyata keçirəcək.
 
Qeyd edək ki, builki Həcc ziyarətinə sənəd qəbulu yanvarın 26-da başlayıb və artıq başa çatıb. Əvvəlki illərdən fərqli olaraq, bu il zəvvarlar üçün fərqli paketlər (VİP və nisbətən ucuz) təqdim edilməyib. Bir nəfərlik ziyarət paketinin qiyməti 3850 dollardır. Azərbaycanlı zəvvarlar üçün 600 nəfərlik kvota nəzərdə tutulur. Ötən il kvota 1040 nəfər olub. (apa) /

Google+ WhatsApp ok.ru