Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 101 il keçir 26 İyun 2019 10:50 Hərb Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günüdür. Maide.Az-ın məlumatına görə, Azərbaycan Silahlı Qüvvələri Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin 26 iyun 1918-ci il tarixli qərarı ilə Gəncədə yaradılıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra ordu buraxılıb və 1991-ci il oktyabrın 9-da Ali Sovetin qərarı ilə Silahlı Qüvvələr yenidən yaradılıb. Hazırda Azərbaycan həm döyüş qabiliyyətinə, həm də maddi-texniki imkanlarına görə, Cənubi Qafqazda ən güclü dövlət hesab olunur. Silahlı Qüvvələrin strukturuna Quru Qoşunları, Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunları və Hərbi Dəniz Qüvvələri daxildir. Azərbaycan Silahlı Qüvvələrinin 100 illik yubileyi ilə əlaqədar ötən il Bakının "Azadlıq" meydanında hərbi parad keçirilib. Teqlər : #Azərbaycan,#Silahlı,#Qüvvələrinin,#yaranmasından,#101,#keçir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Qar uçqununa düşərək həlak olan hərbçi dəfn edilir Hərbi hissədə bədbəxt hadisə - 2 hərbçimiz həyatını itirib, 1 yaralı
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'