Azərbaycandan Gürcüstana gedən çinli uşaqlarda qrip virusu aşkarlanıb 31 Yanvar 2020 10:28 Xəbərlər Tbilisi İnfeksiya Xəstəxanasında 4 nəfər qrip virusundan müalicə olunur. Bu barədə klinikadan məlumat verilib. Onlardan ikisi çinli azyaşlı uşaqdır. Hər iki uşaq Gürcüstana Azərbaycandan gedən çinli turistlərin qrupunda olub. Azyaşlılarda “A” tipli qrip virusu təsdiqlənib. Digər iki nəfər isə Gürcüstan vətəndaşıdır. Onların vəziyyəti sabit qiymətləndirilir. Hər iki şəxslə bağlı laborator araşdırmaların yekun nəticələri gözlənilir. Onlardan biri iki həftə öncə Çində, digəri isə Tailandda olub. Xəstəxanadan qeyd olunub ki, təşvişə heç bir əsas yoxdur və pasiyentlər ciddi nəzarət altındadırlar. /Report Teqlər : #Azərbaycandan,#Gürcüstana,#gedən,#çinli,#uşaqlarda,#qrip,#virusu,#aşkarlanıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Strasburqda Azərbaycandakı siyasi məhbusların azadlığa buraxılması tələbi ilə aksiya keçirilib ÜST yeni növ koronavirusla əlaqədar qlobal fövqəladə vəziyyət elan etdi