Azərbaycan Ordusunun şəhid olan hərbçisi İsmayıllıda dəfn edilib - FOTO 13 İyul 2020 10:15 Hərb İyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərməsi nəticəsində şəhid olan Azərbaycan Ordusunun əsgəri Xəyyam Məhəmməd oğlu Daşdəmirov doğulduğu İsmayıllı rayonunun Balik kəndində torpağa tapşırılıb. Maide.Az "APA"a istinadla xəbər verir ki, dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Teqlər : #Azərbaycan Ordusunun ,#şəhid olan hərbçisi,#İsmayıllıda ,#dəfn edilib , Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cəbhədə döyüşlər davam edir, Azərbaycan Ordusunun baş leytenantı şəhid olub Azərbaycan Ordusunun şəhid olan hərbçiləri Ağstafa və Ağdamda dəfn edilib - FOTO
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'