Azərbaycan Ordusunun şəhid olan hərbçiləri Ağstafa və Ağdamda dəfn edilib - FOTO 13 İyul 2020 11:37 Hərb Ötən gün Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycan hərbçisi, çavuş Sadıqov Vüqar Lətif oğlu dəfn olunub. APA-nın yerli bürosunun verdiyi xəbərə görə, V.Sadıqov doğulduğu Ağstafa rayonu, Yuxarı Göycəli kəndində torpağa tapşırılıb. Dəfn mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edib. Azərbaycan Ordusunun şəhid olan digər hərbçisi baş əsgər Məmmədov Elşad Dönməz oğlunun nəşi doğulduğu Tovuz rayonun Ağdam kəndinə gətirilib. Hazırda şəhidlə vida mərasimi keçirilir. Vida mərasimində Rayon İcra Hakimiyyətinin rəhbərliyi, hərbçilər və rayon ictimaiyyəti iştirak edir. Qeyd edək ki, Müdafiə Nazirliyinin yaydığı məlumata görə, düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olub. Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub. Həmçinin iyulun 13-nə keçən gecə ərzində də həmin ərazidə gərginlik davam edib. Döyüşdə Azərbaycan Ordusunun hərbi qulluqçusu baş leytenant Mahmudov Rəşad Rəşid oğlu şəhid olub. Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin! Teqlər : #Azərbaycan,#Ordusunun,#şəhid,#olan,#hərbçiləri,#Ağstafa,#və,#Ağdamda,#dəfn,#edilib,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan Ordusunun şəhid olan hərbçisi İsmayıllıda dəfn edilib - FOTO Düşmən Naxçıvan istiqamətində atəşkəs rejimini pozdu - RƏSMİ
Ali Rəhbərin Ərdəbil üzrə nümayəndəsi: 'Ermənistan yanlış yol seçib, beynəlxalq dairələr onun cinayətini qınayır'