Azərbaycan iqtisadiyyatı 2,8 faiz kiçilib 14 Avqust 2020 09:47 İqtisadiyyat 2020-ci ilin yanvar-iyul aylarında ölkədə 40008,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə bu gün, avqustun 13-də Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb. Məlumatda yazılıb ki, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 1,6 faiz, neft-qaz sektorunda isə 4,5 faiz azalıb. DSK bildirir ki, ÜDM istehsalının 35,3 faizi sənaye, 11,2 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat, anbar təsərrüfatı, 7,1 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, 6,3 faizi tikinti, 2 faizi informasiya, rabitə, 1,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin payına düşüb. Habelə, 19 faizinin də digər sahələrin payına düşdüyü qeyd edilir. “Əhalinin hər nəfərinə düşən ÜDM 4015,1 manata bərabər olmuşdur”,DSK bildirib. Teqlər : #Azərbaycan,#iqtisadiyyatı,#faiz,#kiçilib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Büdcəyə dəyişikliklər birinci oxunuşda qəbul edilib İqtisadçı: 'Bu, böyük şəbəkələrin maraqlarına xidmətdir'