Azərbaycanda həkimlərin 65,9 faizi qadınlardır

Azərbaycanda həkimlərin 65,9 faizi qadınlardır

Ötən ilin sonuna olan məlumata əsasən, Azərbaycanda həkimlərin ümumi sayı 31 min 829 nəfərdir. Əhalinin hər 10 min nəfərinə orta hesabla 32 həkim düşür.
 
Maide.Az xəbər verir ki, bu məlumatlar Dövlət Statistika Komitəsinin “Azərbaycanda qadınlar və kişilər” statistik məcmuəsində əks olunub.
 
Məlumata görə, həkimlərin 65,9 faizi (20 min 980 nəfər) qadın, 34,1 faizi (10 min 849 nəfər) kişilərdir. 

Google+ WhatsApp ok.ru