Azərbaycan rəsmisi Ali Rrəhbərin Dağlıq Qarabağla bağlı bəyanatını yüksək qiymətləndirib 03 Noyabr 2020 16:30 Qarabağ xəbərləri Azərbaycan rəsmisi Ali Rrəhbər Ayətullah Seyid Əli Xameneinin Dağlıq Qarabağla bağlı bəyanatını yüksək qiymətləndirib. Maide.Az "İRNA"a istinadla xəbər verir ki, Ali Rəhbər Ayətullah Xameneinin işğal altındakı Dağlıq Qarabağ ərazilərinin Azərbaycana qaytarılmasının vacibliyini vurğulamasından sonra, Azərbaycan rəsmiləri bu mövqeyə görə təşəkkür ediblər. İranın Bakıdakı səfiri Seyid Abbas Musəvi bu gün (çərşənbə axşamı) Tvitter səhifəsində yazıb: “Ali Rəhbərin bu gün Dağlıq Qarabağdakı mövcud böhranla bağlı açıqlamasının ardından, bir neçə dəqiqə əvvəl Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov mənə zəng edib”. Sitat: “Telefon danışığı zamanı, Xələfov belə vacib və ədalətli bəyanata görə Azərbaycan dövlətinin və xalqının təşəkkürünü bildirib və iki qonşu ölkə arasında dostluq və qardaşlıq əlaqələrinin əhəmiyyətini qeyd edib". Teqlər : #Azərbaycan,#rəsmisi,#Ali,#Rrəhbərin,#Dağlıq,#Qarabağla,#bağlı,#bəyanatını,#yüksək,#qiymətləndirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Düşmən Ağdam və Ağcabədi rayonlarının ərazisini atəşə tutur - MN Azərbaycanın İranın qəlbində yeri var
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni