Azərbaycanın İranın qəlbində yeri var 03 Noyabr 2020 17:10 Qarabağ xəbərləri "Azərbaycanın İranın qəlbində yeri var və İran dost və qardaş Azərbaycanı müdafiə avadanlığı ilə təmin etməyə hazırdır”. Maide.Az xəbər verir ki, bunu İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Mahmud Abbaszadə Meşkini “Səhər” beynəlxalq telekanalına canlı müsahibəsində deyib. O bildirib ki, Azərbaycan bizim qardaşımızdır və İranın qəlbində yeri var. “Minsk Qrupunun siyasəti Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasına əsaslanır, çünki münaqişənin həll edilməməsi onun marağındadır. Çünki, harada Amerika və İsrailin qoxusu var, orada təxribat və şər var”. Azərbaycan dövlətinə tamamilə xoş niyyətlə Minsk qrupuna etibar etməməyi tövsiyə edirik deyən M.Aabbaszadə bildirib ki, İran İslam Respublikası, Türkiyə və Rusiya əməkdaşlıq edərək və təşəbbüsü ələ alaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünü təmin etməklə və Dağlıq Qarabağın işğalına son qoyaraq bu münaqişəyə son verməlidirlər. Onun sözlərinə görə, işğalın davam etməsi kül altında köz deməkdir. Mahmud Abbaszadə həmçinin qeyd edib: “Azərbaycan dövləti bu günədək rəsmi olaraq İrandan kömək istəməyib. Azərbaycan dövləti nə vaxt istəsə, İran bu dost və qardaş ölkəni müdafiə avadanlığı ilə təmin etməyə hazırdır”. Teqlər : #Azərbaycanın,#İranın,#qəlbində,#yeri,#var, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycan rəsmisi Ali Rrəhbərin Dağlıq Qarabağla bağlı bəyanatını yüksək qiymətləndirib Döyüşlər Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni