Azərbaycanda 4219 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi

Azərbaycanda 4219 yeni yoluxma qeydə alındı: 38 nəfər vəfat etdi

Azərbaycanda koronavirusa (COVID-19) 4219 yeni yoluxma faktı qeydə alınıb, 3562 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib.
 
Aktiv xəstə sayı 61089 nəfərə çatıb.
 
Ölkədə son sutka ərzində 18006, hazırkı dövrədək isə 1 902 584 test aparılıb.
 
Ümumi ölənlərin sayı 1793 nəfərdir.
 
Ümumi yoluxanların sayı 162774 nəfər, ümumi sağalanların sayı 99 892 nəfərdir.
 

Google+ WhatsApp ok.ru