Azərbaycanda daha 4 381 nəfər COVID-19-a yoluxub, 47 nəfər vəfat edib

Azərbaycanda daha 4 381 nəfər COVID-19-a yoluxub, 47 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 4381 yeni yoluxma faktı qeydə alınıb, 3658 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
 
Nazirlər Kabineti yanında Operativ Qərargahdan  verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 47 nəfər vəfat edib.
 
İndiyədək ölkədə ümumilikdə 167 155 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 103 550 nəfər müalicə olunaraq sağalıb, 1 840 nəfər vəfat edib, aktiv xəstə sayı 61 765 nəfərdir.
 

 

Google+ WhatsApp ok.ru