Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir

Əl-Husi : Təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası atəşkəs istəyirsə Yəmənin mühasirəsini ləğv etməlidir

Yəmənin Ali İnqilab Komitəsinin sədri və Ənsarullah hərəkatının ali siyasi şurasının üzvi Məhəmməd Əli Əl-Husi təcavüzkar Səudiyyə Ərəbistanı koalisiyası ilə atəşkəs və sülh üçün Yəmənin mühasirəsinin dayandırılmasının zərurətini vurğulayıb. 
 
Maide.Az “sputnik”ə istinadla xəbər verir ki, M.Əl-Husi qeyd edib ki, atəşkəs üçün vasitəçilik edənlərdən  təcavüzkar ABŞ, Britaniya, Səudiyyə Ərəbistan, BƏƏ və onların müttəfiqlərinə (Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyaya) çatdırmışıq ki, sülhün təmini üçün Yəmən xalqının əziyyətlərinə son qoyulmalı və mühasirə ləğv olunmaldır.
 
“Təcavüzkarlar cinayətlərini dayandırmaq üçün heç bir fidyə və sövdələşmə şərti irəli sürmədən humanitar yardımlar üçün şərait yaratmaldır. Ənsarullah hərəkatının atəşkəsin təmini üçün şərti Səna hava limanında yük daşımalarına qoyulan sanksiyanın ləğvi və Hudeydə limanına gəmilərin girişi üçün məhdudiyyətlərin ləğv edilməsidir.”

Google+ WhatsApp ok.ru