Azərbaycan millisinin oyunu koronavirusa görə təxirə salınıb 06 Oktyabr 2021 12:13 İdman Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının bu gün Norveç yığması ilə keçirməli olduğu Avropa çempionatının seçmə oyunu qeyri-müəyyən müddətə təxirə salınıb. Maide.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, hazırda Belçikada səfərdə olan yığmanın 3 futbolçusunun - Həmzəalı Mikayılov (müdafiəçi, “Sabah”), Adəm Topalov (yarımmüdafiəçi, “Səbail”) və İbrahim Ağayarov (yarımmüdafiəçi, “Qarabağ”) - COVID-19 testi pozitiv nəticələnib. Bununla əlaqədar, Belçikanın daxili qanunları nəzərə alınaraq, bu gün millinin digər üzvlərindən daha bir dəfə COVID-19 testi götürüləcək. Məsələ ilə bağlı əlavə məlumat veriləcək. Teqlər : #Azərbaycan,#millisinin,#oyunu,#koronavirusa,#görə,#təxirə,#salınıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xarici azarkeşlər 'Pekin-2022' Qış Olimpiya Oyunlarına buraxılmayacaqlar AVRO-2024: Püşkatmanın vaxtı açıqlanıb