Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb

Azərbaycanda təbii qazın və elektrik enerjisinin qiyməti bahalaşıb

Tarif (Qiymət) Şurasının bu gün keçirilmiş növbəti iclasında qurumun “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə”  qərarına dəyişiklik olunub.
 
Maide.Az -n  məlumatına  görə, bundan sonra elektrik enerjisinin 1 kVt/saat-nın aşağı qiyməti 1 qəpik, yuxarı isə 2 qəpik bahalaşıb. 
 
Dəyişikliyə əsasən Əhali kateqoriyası üzrə mövcud olan tarif differensasiyası (300 kVts-dək və 300 kVts-dan çox) dəyişdirilərək yeni diferensasiya tətbiq edilir. Əhali üzrə tariflər istehlakı 200 kVts-dək olan abonentlər üçün 8 qəpik/kVts, 200 kVts – 300 kVts arası (300 kVts daxil olmaqla) 9 qəpik/kVts, 300 kVts-dan yuxarı isə 13 qəpik/kVts müəyyənləşdirilir.
 
Hazırda əhali üzrə tariflər aylıq istehlakı 300 kVts-dək olan hissə üzrə 7 qəpik, 300-dən yuxarı hissə üzrə isə 11 qəpik təşkil edir.
 
Taarif Şurasından verilən məlumata görə, iclasda təbii qazın  tariflərinə baxılmış, müvafiq qərarlar qəbul edilmişdir.
 
Qazla bağlı isə əhalinin illik istehlakının 1200 m3 -dək olan hissəsi üçün tariflər 10 qəpikdən 12 qəpiyə artırılıb.
 
Əhali üçün 1200-2500 kub metrədək və 2500 kub metrdən çox olan hissələr üçün tariflər müvafiq olaraq 20 və 25 qəpik olmaqla dəyişilmir və əvvəlki həddə saxlanır.
 
Qeyri-əhali kateqoriyasından sənaye və kənd təsərrüfatı üzrə qazın tarifləri 20 qəpikdən 22 qəpiyə qaldırılır.
 
Qərar verilib ki, “Azəristiliktəchizat” ASC-yə, məhəllə qazanxanalarına və CNG yanacaqdoldurma məntəqələrinə satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılsın.
 
Digər istehlakçılar üzrə qaz tarifləri əvvəlki səviyyədə - 1000 kub metr üçün 25 qəpik səviyyəsində, metanol və karbamid məhsullarının istehsalında xammal kimi istifadə olunan qaz üçün 20 qəpik səviyyəsində saxlanılır.
 
“Azərkontrakt” ASC tərəfindən “Azərenerji” ASC-yə enerji istehsalı üçün satılan qazın tarifi 13 qəpikdən 17,1 qəpiyə artırılır.
 
Tarif Şurası bildirir ki, qaz və elektrik enerjisi ilə bağlı qəbul edilən qərarlar noyabrın 1-dən qüvvəyə minəcək.
 

Google+ WhatsApp ok.ru