AZAL Rusiyaya gedənlərə xəbərdarlıq edib 20 Avqust 2021 16:02 Ölkə Azərbaycandan Rusiyaya gedən sərnişinlər sentyabrın 1-dən mütləq "COVİD-19-suz səyahət edirəm” xüsusi əlavəsini yükləməlidirlər. Bu barədə Azərbaycanın milli aviadaşıyıcısı – AZAL-ın müraciətində deyilir. "Azərbaycan vətəndaşları üçün Rusiyaya giriş qaydalarının dəyişməsilə əlaqədar sentyabrın 1-dən reyslərə yalnız “COVİD-19-suz səyahət edirəm" mobil əlavəsini yükləyən sərnişinlərin buraxılmasını nəzərə almanızı xahiş edirik", - AZAL-ın mətbuat üçün məlumatında deyilir. Bundan əlavə, aviaşirkət yalnız təsdiq olunmuş klinikalardan və ya laboratoriyalardan PCR-testin nəticələrinə dair arayış almağın vacibliyi barədə xəbərdarlıq edir. Qeyd olunan tibb müəssisələrinin siyahısı yaxın günlərdə AZAL-ın rəsmi saytında açıqlanacaq. "Test barədə məlumat QR-kod şəklində mobil əlavədə saxlanılacaq və Rusiyaya gəldikdə qeydiyyat və sərhəd məntəqələrində göstərilməlidir", -aviaşirkət qeyd edir. İyulun 25-dən "COVİD-19-suz səyahət edirəm” əlavəsindən istifadə Rusiya ilə yanaşı Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanın da daxil olduğu Avrasiya İqtisadi Birliyi ölkələrindən Rusiyaya gedənlər üçün məcburidir. Sentyabrın 1-dən bu əlavə Azərbaycan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistandan Rusiyaya daxil olarkən zəruri olacaq. Hər bir ölkədə laboratoriyalara və testvermə məntəqələrinin əlavələrinə qoşulanlar var, onların siyahısı "Laboratoriyalar" bölməsində yerləşir. Rusiya Federasiyasının vətəndaşları üçün əlavənin yüklənməsi vacib deyil, Rusiyaya gəldikdən üç gün ərzində COVİD-19 üçün PCR testi vermək kifayətdir. Mobil əlavə 10 və yuxarı versiyalı iOS əməliyyat sistemli və ya Android 5 və yuxarı versiyalı smartfon və ya digər qurğulara yüklənir. Smartfondan istifadə etməyən uşaqlar və qohumlar haqda məlumatları bir mobil qurğuda yerləşdirmək olar. Proqramı AppStore, PlayMarket və AppGallery tətbiq maqazinlərində yükləmək olar. Teqlər : #AZAL,#Rusiyaya,#gedənlərə,#xəbərdarlıq,#edib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Azərbaycanda abonentlərin ağıllı sayğaclarla təchiz edilməsini nəzərdə tutan qanun təsdiqlənib Magistratura üzrə II turdan keçənlərin qeydiyyatı sabah başa çatır