Bəhreyndə dinc nümayişçilərə atəş açılıb

Bəhreyndə diktator rejimin dinc nümayiş keçirən xalqa qarşı təzyiq və zorakılığı artıb. 
 
Maide.az xəbər verir ki, dünən müxaliflərin paytaxtda təşkil etdiyi mitinqə Bəhreyn hüquq-mühafizə orqanları güc tətbiqindən istifadə edib. Aksiyanın keçirilməsinə səbəb Bəhreyn əl-Vifaq İslam Cəmiyyətin baş katibi Şeyx Əli Salmanın həbsinə etiraz imiş.
 
Bəhreyn diktatorluq rejimi əleyhinə və Şeyx Salmanın qeyd-şərtsiz dərhal azad edilməsinin lazım olduğuna dair şüarlar səsləndirilib. Bəhreyn təhlükəsizlik qüvvələrinin gözyaşardıcı qaz bombası ilə bərabər, həqiqi güllələrlə nümayişçiləri dağıtmağa çalışıb. Nümayişçilər arasında yaralılar var.
 
Xatırladaq ki, Bəhreyn şəhərlərində Şeyx Salmanın 28 dekabr tarixində həbs olunmasından bu yana davamlı olaraq mitinqlər keçirir.

Google+ WhatsApp ok.ru