Bəhreyn rejimi Şeyx İsa Qasimin məhkəməsinin vaxtını açıqlayıb

Bəhreyn rejimi Şeyx İsa Qasimin məhkəməsinin vaxtını açıqlayıb

Bəhreyn rejimi elan edib ki, iyul ayının 27-də Ayətullah Şeyx İsa Qasimin məhkəməsi  başlayacaq.  
 
Maide.Az əl-Manar xəbər kanalına istinadən xəbər verir ki,  Ali Xəlifə rejimi  məhkəməsi  Şeyx İsa Qasimi  “terrorizmə yardım və çirkli pulların yuyulması ittihamı” ilə məhkəmə qarşısına çıxartmaq istəyir.  
 
Bəhreynli müxaliflər və etirazçılar  məhkəməni baykot ediblər və elan ediblər ki,Şeyx İsa Qasim  bu məhkəmədə iştirak etməyəcək. 
 
Bəhreyn Daxili İşlər Nazirliiyi  bir müddət öncə ölkənin aparıcı ruhanilərindən Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib. 
Bəhreyndə xalq  şiə lider Ayətullah Şeyx  Qasimin vətəndaşlığının  ləğv edilməsinə etiraz əlaməti olaraq onun evinin qarşısında  oturaq etiraz aksiyası keçirirlər. Etirazçılar Ayətullah  Şeyx İsa Qasimin evinin  önünə gəlib və  növbə tutmağa başlayıb və bu günə kimi də öz oturaq aksiyalarını davam etdirirlər. 
 
 

Google+ WhatsApp ok.ru