Bəhreyn rejimi etirazçılara qarşı təzyiqləri davam etdirir - VİDEO

Bəhreyn rejimi etirazçılara qarşı təzyiqləri davam etdirir - VİDEO

Bəhreyn polisi səs bombası və gözyaşardıcı qazdan istifadə edərək Sitrə bölgəsində etiraz aksiya iştirakçılarını dağıtmağa çalışıb. 
 
Maide.Az xəbər verir ki, bəhreynli etirazçılar ötən gecə şəhidlər və həbsdə olanlarla həmrəylik nümayiş etdirmək məqsədilə küçələrdə yürüşlər təşkil edib. 
 
Məlumata görə, etiraz aksiyaları Bəhreynin müxtəlif bölgələrində davam etdirilir. Bəzi bölgələrdə polis və etirazçılar arasında qarşıdurmalar baş verib.  
 
Havaların soyuq olmasına baxmayaraq Fida meydanında Ayətullah Şeyx İsa Qasimin evinin önündə oturaq aksiya keçirən insanlar öz aksiyalarını davam etdirir. 
 
Qeyd edık ki, 2011-ci ildən Bəhreyndə Ali-Xəlifə rejiminə qarşı xalq etiraz aksiyalarına start verib və o vaxtanda etibarın aksiyaçılar ölkədə sosial ədalətin bərpasına çalışırlar.

Google+ WhatsApp ok.ru