Şöbə müdiri: `Uşaqlarda ən çox isti su yanıqlarına rast gəlinir`

Şöbə müdiri: `Uşaqlarda ən çox isti su yanıqlarına rast gəlinir`

Ötən il ərzində Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun (ADHTİ) Plastik və Rekonstruktiv Cərrahiyyə klinikasının nəzdində fəaliyyət göstərən Yanıq Şöbəsinə 800 stasionar, 1200 ambulator xəstə müraciət edib.
 
“Report”un xəbərinə görə, bu barədə həmin şöbənin müdiri Şöhrət Məmmədov məlumat verib.
 
Onun sözlərinə görə, əvvəlki illərlə müqayisədə keçən il şöbəyə müraciət edən xəstələrin sayı xeyli azalıb: “Şöbəyə müraciət edənlərin arasında uşaqların sayı çoxluq təşkil edir. Uşaqlarda ən çox isti su yanıqlarına, böyüklərdə isə partlayış və su yanıqlarına rast gəlinir”.
 
Şöbə müdiri qeyd edib ki, ötən il xəstələrin üzərində 150 rekonstruktiv cərrahiyə əməliyyatı həyata keçirilib: “Şöbəyə müraciət edənlərin 70 faizində ağır yanıq xəsarətləri qeydə alınıb. Hansı ki, xəstələrin bədən səthinin 50 faizi yanıb. Yanıq hallarından ölüm halı ötən illərlə müqayisədə də keçən il azalma olub”.
 
III A, III B, IV dərəcəli yanıqlarda plastik cərrahiyyəyə ehtiyac olduğunu vurğulayan Ş.Məmmədov əlavə edib ki, xəstə reabilitasiya dövrünə qədəm qoyduqda yenidən şöbəyə müraciət edir və həmin xəstə üzərində cərrahiyyə əməliyyatı keçirilir: “Yuxarıda sadalanan yanıq dərəcələrində izin qalma ehtimalı böyükdür”. /

Google+ WhatsApp ok.ru