Bəhreyndə gənclərə verilmiş edam qərarı etiraz və vətəndaş itaətsizliyinə səbəb oldu - VİDEO

Bəhreyndə gənclərə verilmiş edam qərarı etiraz və vətəndaş itaətsizliyinə səbəb oldu - VİDEO

-- Bu ədalətsiz qərarlar...

Ali Xəlifə rejiminin saxta ittihamlarla 5 gəncə edam hökmü verməsi Bəhreyndə yenidən aksiyalara start verilməsinə səbəb olub. 
 
Maide.Az "İslamazeri"a istinadən xəbər verir ki,  Bəhreyndə yenidən aksiyalara start verilib. Buna səbəb Bəhreyn rejiminin məhkəməsinin 6 gəncə edam hökmü verməsi səbəb olub.
 
Bəhreynin Əd-Duraz bölgəsində aksiya iştirakçıları yolları bağlayaraq edama məhkum edilənlərin ailəlıərilə həmrəylik nümayiş etdiriblər.
 
Bəhreynin Əl-Vifaq Cəmiyyəti də bir bəyanat verərək bildirib: "Bəhreynin hərbi məhkəməsinin heç bir cinayət əməli törətməyən vətəndaşları edama məhkum etməsi sadəcə siyasi məqsədlərlə və günahsız gənclərdən intiqam almaq məqsədilə həyata keçirilib. Onlar gizli şəkildə saxlanılıb və vəhşicəsinə işgəncələrə məruz qalmışlar.", - İran mediası bildirir.
 
Əl-Vifaq Cəmiyyəti həmçinin verilən qərarlarda Bəhreyn kralının birbaşa məsuliyyət daşıdığını da qeyd edib: "Bu ədalətsiz qərarlar Ali-Xəlifə rejiminin xalqla əlaqəsinin hansı şəkildə olduğunu göstərir." 
 
Bəhreynin Hərbi Apelyasiya Məhkəməsi çərşənbə günü Bəhreynin müdaxilə qüvvələri komandanını terror etməyə cəhd ittihamı saxta iddia ilə edama məhkum olunmuş altı vətəndaşla bağlı qərarı təsdiqləyib. 
 
Ali Xəlifə rejimi mindən çox vətəndaşı həbs edib ki, onlardan bir neçəsi edama məhkum olunub.
 

 

Google+ WhatsApp ok.ru