Bəzi yollar buz bağlaya bilər 17 Yanvar 2019 14:54 Ölkə Yanvarın 18-də Bakı və Abşeron yarımadasında havanın bəzi yerlərdə yağıntılı olacağı gözlənir. Güclü şimal-qərb küləyinin əsəcəyi, günün ikinci yarısında tədricən mülayimləşəcəyi ehtimalı var. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, Bakı və Abşeron yarımadasında gecə 0-2, gündüz 4-6 dərəcə isti proqnozlaşdırılır. Yanvarın 18-də Azərbaycanın bəzi rayonlarında da havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı təxmin edilir. Qərb küləyinin əsəcəyi, bəzi yerlərdə arabir güclənəcəyi ehtimalı var. Gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 5-10, gündüz 0-4 dərəcə şaxta olacağı təxmin edilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yolların buz bağlayacağı proqnozlaşdırılır. Teqlər : #Bəzi,#yollar,#buz,#bağlaya,#bilər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Sabahın hava proqnozu açıqlanıb Qərargah: Sumqayıtda küləyin sürəti 40 m/s, dənizdə isə dalğalar 7,5 metrə çatdı