Bəhreyn İnsan Haqları Mərkəzinin rəhbəri Nəbil Rəcəb azadlığa çıxdı

Bəhreyn İnsan Haqları Mərkəzinin rəhbəri Nəbil Rəcəb azadlığa çıxdı

Bəhreynin insan haqları müdafiəçisi Nəbil Rəcəbin həbs müddəti başa çatıb. 
 
Maide.Az İQNA-a istinadla xəbər verir ki, Vəkil Məhəmməd Əl-Cişi ötən gün Bəhreynin insan haqları müdafiəçisi Nəbil Rəcəbin həbs müddətinin başa çatdığını və sərbəst buraxıldığını bildirib. 
 
Ali Xəlif diktator rejimi Bəhreyn İnsan Haqları Mərkəzinin rəhbəri Nabil Rəcəbi Səudiyyə rejiminin Yəmənə qarşı hava hücumlarını tənqid etdiyinə və Bəhreyn həbsxanalarında məhbuslara işgəncə verildiyi barədə Tvitterdə  etdiyi paylaşımlara görə,  5 il azadlıqdan məhrum etmişdi.
 
Nəbil Rəcəb ən məşhur ərəb insan haqları fəallarından biridir, çünki qadağan olunmuş Bəhreyn İnsan Hüquqları Mərkəzinin rəhbəri və Human Rights Watch təşkilatının Yaxın Şərq və Şimali Afrika bölgəsi üzrə Məşvərət Şurasının üzvüdür. O, həmçinin Beynəlxalq İnsan Hüquqları Federasiyası baş katibinin müavini vəzifəsini icra edir, lakin bütün bunlar Bəhreyn rejiminin onu sadə tənqidinə görə həbs etməsinə mane olmadı.
 

 

Google+ WhatsApp ok.ru