Bərdəyə raket atılması nəticəsində 4 nəfər şəhid olub, yaralıların sayı 13-ə çatıb - FOTO/YENİLƏNİB 27 Oktyabr 2020 18:40 Qarabağ xəbərləri Ermənistan silahlı qüvvələri humanitar atəşkəs rejimini kobudcasına pozaraq Azərbaycan əhalisinin sıx yaşadığı yaşayış məntəqələrini, mülki obyektləri, o cümlədən fərdi və çoxmənzilli yaşayış binalarını, təsərrüfatları ağır artilleriya qurğularından və raketlərdən atəşə tutmaqla dağıntı və yanğınlar törətməkdə davam edir. Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, bu gün Ermənistan silahlı qüvvələrinin ağır artilleriya zərbələri nəticəsində Bərdə rayonunun Qarayusifli kəndində 5 fərdi yaşayış evinə ciddi ziyan dəyib. Əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri cəlb edilib. Düşmən tərəfinin atəşləri nəticəsində 13 nəfər mülki şəxs xəsarət alıb, 4 nəfər .şəhid olub. Hazırda axtarış-xilasetmə əməliyyatı davam edir. **** Ermənistan silahlı qüvvələri tərəfindən Bərdə rayonu ərazisinə raket atılması nəticəsində yaralananların sayı 13 nəfərə çatıb. Bu barədə "Report"un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir. Raket atəşi nəticəsində ölənlərin sayı isə 4 nəfərdir. Ölənlər Ofelya Cəfərova, Ehtiram İsmayılov, Aybəniz Əhmədova və İsgəndərova Aysu Rövşən qızıdır. Teqlər : #Bərdəyə,#raket,#atılması,#nəticəsində,#nəfər,#şəhid,#olub,#yaralıların,#sayı,#13ə,#çatıb,#FOTO/YENİLƏNİB, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xocavənd, Füzuli və Qubadlı istiqamətlərində döyüşlər davam edir Qum Elmiyyə Hövzəsinin drektoru: Qarabağ Azərbaycana aiddir
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni