Bağdad: ‘ABŞ qüvvələrinin İraqda qalması üçün yeni müqavilə olmayacaq’

Bağdad: ‘ABŞ qüvvələrinin İraqda qalması üçün yeni müqavilə olmayacaq’

İraqın Baş Nazir Ofisnin sözçüsü Uilyam Varda ABŞ qüvvələrinin İraq torpaqlarında qalması üçün Vaşinqton ilə yeni bir müqavilənin bağlanmasının mümkünsüz olduğunu söyləyib.
 
CNN-ə açıqlama verən Uilyam Varda, İraq hökumətinin parlamentin ABŞ qüvvələrinin müqavimət komandirlərini şəhid edərək, törətdiyi cinayət səbəbindən İraq torpaqlarını tərk etməsini istəyən qərarını dəstəklədiyini söyləyib.
 
İraq rəsmisi Vaşinqton rəhbərliyi ilə ABŞ qüvvələrinin İraqda qalması üçün heç bir yeni müqavilə bağlamayacağını və İraq hökumətinin parlamentin qərarı istiqamətində hərəkət edəcəyini söyləyib. /deyerler.org 
 

Google+ WhatsApp ok.ru