Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb

Bakı-Sumqayıt elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb

Bu gün Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində ləngimələr qeydə alınıb.
 
“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyindən “Report”a verilən məlumata görə, buna səbəb kontakt şəbəkəsində kontakt naqillərinin naməlum şəxslər tərəfindən oğurlanmasıdır.
 
Hadisə nəticəsində Bakı-Sumqayıt-Bakı marşrutu ilə işləyən elektrik qatarlarının hərəkətində 6-31 dəqiqə arası ləngimə qeydə alınıb.
 
Hazırda elektrik qatarları cədvəl üzrə hərəkət edir.
 
Hadisə aidiyyəti üzrə araşdırılır.
 

Google+ WhatsApp ok.ru