Bakı Beynəlxalq Avtovağzalının iş qrafiki dəyişdi

Bakı Beynəlxalq Avtovağzalının iş qrafiki dəyişdi

Bakı Beynəlxalq Avtovağzalı qarşıdan gələn Ramazan bayramı ilə əlaqədar iş qrafikində dəyişiklik edib.
 
Avtovağzalın mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, iyunun 23-dən 28-dək Bakı Beynəlxalq Avtovağzalı gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək. Bayram ərəfəsində yarana biləcək sərnişin axınının qarşısını almaq və kompleksin ahəngdar işləməsini təmin etmək məqsədi ilə həmin günlərdə 200 ehtiyat avtobusun ayrılması nəzərdə tutulub. 
 
Qeyd edək ki, adi günlərdə 300-330 reyslə 7,5-8 min sərnişin daşınması həyata keçirildiyi halda bayram günlərində təxminən 500-dən yuxarı reyslə 16 mindən çox sərnişin daşınması gözlənilir. /

Google+ WhatsApp ok.ru