Bakıda avtomobil yolu çökdü  - FOTO

Bakıda avtomobil yolu çökdü - FOTO

 Bakı şəhəri, Nizami rayonu Əlif Hacıyev, həmçinin Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçələrində yolun asfalt-beton örtüyündə kiçik çökmələr qeydə alınıb.
 
Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi xəbər yayıb. Məlumatda bildirilir ki, dərhal sözügedən ərazilərə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb edilib.
 
 
Abbas Mirzə Şərifzadə küçəsində çökmə istilik xəttinin, Əlif Hacıyev küçəsində isə kanalizasiya xəttinin keçdiyi ərazidə baş verib.
 
Bu üzdən çökmə qeydə alınmış ərazilərə aidiyyəti qurumların əməkdaşları da cəlb olunmaqla hazırda hadisənin səbəbləri aydınlaşdırılaraq qısa müddət ərzində aradan qaldırılması və yolun asfalt-beton örtüyünün bərpası istiqamətində birgə işlər aparılır.
 
Xoşbəxtlikdən yol çökərkən ərazidə avtomobillərə və piyadalara hər hansı zərər dəyməyib.
 
 
 
 

Google+ WhatsApp ok.ru