Bakıda axtarışda olan şəxs

Bakıda axtarışda olan şəxs "Maşın bazarı"nda özünü partladıb

Bu gün axtarışda olan şəxs Badamdar qəsəbəsində “Maşın bazarı” ərazisində özünü partladıb. 
 
Maide.Az "APA"-a istinadla xəbər verir ki,  qanunsuz silah saxlamaqda şübhəli bilinən, 1982-ci il təvəllüdlü, əvvəllər Cinayət Məcəlləsinin narkotik və qaçaqmalçılıq maddələri ilə məhkum olunmuş Müseyib Ələsgərov bu gün paytaxtın Səbail rayonunda idarə etdiyi avtomaşın saxlanılarkən polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa cəhd göstərib. Bu zaman o, üzərində olan qumbara ilə özünü partladaraq öldürüb.
 
 Avtomaşında olan sərnişini, əvvəllər Cinayət Məcəlləsinin soyğunçuluq maddəsi ilə məhkum olunmuş Eldar Qurbanov isə qaçarkən saxlanılıb.
 
Partlayışda 4 polis əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Google+ WhatsApp ok.ru