Rusiya və Çin liderləri Əfqanıstanla bağlı koordinasiyanı gücləndirməyə qərar veriblər 25 Avqust 2021 16:46 Xəbərlər Rusiya Prezidenti Vladimir Putin və Çin Xalq Respublikasının sədri Si Tsinpin Əfqanıstanla bağlı ölkələr arasındakı koordinasiyanı gücləndirmək barədə razılığa gəliblər. “Report” TASS-a istinadən xəbər verir ki, sözügedən razılıq tərəflər arasındakı telefon danışığı zamanı əldə olunub. Si Tsinpin Əfqanıstandakı siyasi qüvvələrin bütün terror təşkilatlarlarından uzaq olmasının vacibliyini vurğulayıb. “Biz Əfqanıstanda bütün maraqlı tərəflərin birgə fəaliyyəti üçün açıq və tolerant siyasi çərçivənin formalaşdırılması niyyətindəyik”, - o qeyd edib. Teqlər : #Rusiya,#və,#Çin,#liderləri,#Əfqanıstanla,#bağlı,#koordinasiyanı,#gücləndirməyə,#qərar,#veriblər, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Cənubi Koreya 'Facebook'u altı milyon dollara yaxın cərimələyib Karzay, Abdulla, Hikmətyar Əfqanıstanın hökumət şurasında yer alacaq