Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 2. Məsum İmamın öldürülməsi

Kərbəla inqilabını fərqləndirən xüsusiyyətlər – 2. Məsum İmamın öldürülməsi

Hadisənin digər bir xüsusiyyəti odur ki, bu hadisədə yalnız mömin və haqqsevər bir insan deyil, həm də məsum imam, “Kisa” əhlinin beşinci üzvü, Allah Rəsulunun nəvəsi, Fatimeyi-Zəhranın (s.ə) öğlu, özlərini İslam Peyğəmbərinin (s) ümməti hesab edən bir qrup camaatın əli ilə faciəli şəkildə şəhid edilmişdir. Bu qədər mənəvi məqam və əsil-nəcabətinə baxmayaraq, günün günorta çağında müəyyən şəraitdə İmam Hüseynin (ə) öldürülməsi tarixdə unudulacaq sadə bir məsələ deyil. Baxmayaraq ki, hansısa bir mömin və möhtərəm bir insanın öldürülməsi böyük cinayət sayılır, lakin yer üzərində Allahın höccəti, əsrinin imamı olan və zülmlə mübarizə aparmaq üçün qiyam edən bir şəxsin belə qəddarlıqla öldürülməsi daha böyük bir günahdır və bunun yanından asanlıqla ötmək olmaz.
 
Daha pisi, müsəlman olduqlarını iddia edən, zahirdə namaz qılan, Quran oxuyan bir camaatın təkbir deyərək öz peyğəmbərlərinin ciyərparəsi ilə döyüşə girməsidir. Onlar amansızcasına təqva və iman nümunəsini şəhid etdilər, ailə və namusuna hörmətsizlik edərək onları soyub taladılar. Şairin dediyi kimi:
 
و یکبرون بان قُتلت و انّما
‏ ‏قتلوا بک التکبیر و التهلیلا
 
“Səni öldürdükləri zaman təkbir dedilər. Amma həqiqətdə, səni öldürməklə təkbir (Allahu-əkbər) və təhlili (Lə iləhə illəllah) öldürdülər.” ("Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi", Ayətullah Məkarim Şirazi, səh.14-16.)
 
Maide.az
 

Google+ WhatsApp ok.ru