Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır

Bakıda koronavirusa ən yüksək yoluxma bu rayondadır

Bakının rayonları üzrə koronavirusa yoluxma statistikası açıqlanıb.
 
APA "koronavirus.info"ya istinadən xəbər verir ki, hazırda ən yüksək yoluxma Binəqədi rayonundadır.
 
Belə ki, Binəqədidə koronavirusa yoluxma 15.0 faiz, Xətaidə 13.1 faiz, Yasamalda 12.2 faiz, Sabunçuda 10.7 faiz, Suraxanıda 8.2 faiz, Nərimanovda 8.2 faiz, Nəsimidə 7.9 faiz, Nizamidə 7.0 faiz, Xəzərdə 6.8 faiz, Qaradağda 5.4 faiz,  Səbaildə 5.0 faiz, Pirallahıda 0.5 faiz təşkil edib.
 
Ölkədə koronavirusa yoluxanların 21 faizi 50-59 yaş arasında, 18 faizi isə 30-39 yaş arasında olan şəxslərdir. Yoluxanların 5 faizini 0-9 yaş, 2 faizini isə 80 yaşdan yuxarı şəxslər təşkil edir. Yoluxanların 54 faizi qadın, 46 faizi isə kişilərdir.
 

 

Google+ WhatsApp ok.ru