Bakıda qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb 10 İyul 2017 01:00 Ölkə Bakıda Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb. Bu barədə APA-ya Bakı Şəhər Dezinfeksiya Stansiyasının kadrlar üzrə mütəxəssisi Kəmalə Cəfərova məlumat verib. O qeyd edib ki, səhiyyə naziri Oqtay Şirəliyevin “Krım-Konqo hemorragik qızdırma xəstəliyinə qarşı profilaktik tədbirlərin gücləndirilməsi barədə” imzaladığı əmrə əsasən, Bakı şəhərində yerləşən bağçalar, xəstəxanalar və əhalinin digər kütləvi toplaşdığı ərazilərdə dezinfeksiya işləri aparılır. Qeyd edək ki, son zamanlar Azərbaycanın həmsərhəd olduğu dövlətlərdə Krım-Konqo hemorragik qızdırma xəstəliyi ilə bağlı epidemioloji vəziyyət gərginləşib. / Teqlər : #Bakıda qızdırma xəstəliyinə qarşı kütləvi dezinfeksiya tədbirlərinə başlanılıb, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 8 yaşlı oğlum həkimlərin əlində öldü Kondisioner satışında kütləvi aldatma var