Baş nazirə pomidor atdılar 06 Sentyabr 2017 01:00 Xəbərlər Polis pomidor atan şəxslərin kimliyini təsbit edə bilməyib Almaniyanın Baden-Vürtemberq federal bölgəsində seçkiqabağı mitinqdə çıxış edən kansler Angela Merkelə pomidor atıblar. Sputnik Azərbaycan bu barədə "Milliyet"-ə istinadən xəbər verir. Merkel seçicilər qarşısında öz proqramı haqda geniş məlumat verərkən, naməlum şəxslər xanım namizədə iki ədəd pomidor atıblar. Onlardan biri kanslerin sol qıçına, digəri isə aparıcıya dəyib. Hadisə qarşısında soyuqqanlığını qoruyan Merkel, sadəcə təbəssüm edib. Polis pomidor atan şəxslərin kimliyini təsbit edə bilməyib. Teqlər : #Baş nazirə pomidor atdılar, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Azərbaycanda yağ niyə bahalaşır?` sualına NAZİRLİKDƏN CAVAB... Ailə dostu: `Lütfi Zadə nəşinin Azərbaycanda İslam dininə uyğun dəfn edilməsini vəsiyyət edib`