Banklar valyutanı məhdud həcmdə satırlar

Bazar ertəsi Mərkəzi Bank dolların məzənnəsini elan etdikdən sonra bəzi banklar məhdud həcmdə dollar satışına  başlayıblar.
 
Maide.az "Turan"a istinadən xəbər verir ki, bankdan asılı olaraq bir ələ  $1 mindən   $5 minədək həcmdə dollar satışı ilə bağlı limit müəyyən edilib. Lakin valyuta tez qurtarır.
 
Ekspertlər baş verənləri valyuta qıtlığının artması ilə əlaqələndirirlər. AMB-nin məlumatına görə, iyulda valyuta ehtiyatları $18,7 mln. azalıb.
 
Fevral devalvasiyasndan sonra martdan iyula qədər AMB-nin valyuta ehtiyatları
 
$11 mlrd. 4,4 mln.-dan  $8 mlrd. 501,5 mln.-dək azalıb.
 
Xatırladaq ki, 2014-cü il iyulun 31-i üçün AMB-nin valyuta ehtiyatları $15 mlrd. 193.4 mln. ekvivalentində olub. İllik zaman kəsiyində AMB-nin valyuta ehtiyatları $6 mlrd. 691,9 mln. tükənib.

Google+ WhatsApp ok.ru