Banqladeş hökuməti müsəlmanları sürgün edib

Banqladeş hökuməti müsəlmanları sürgün edib

Banqladeş höküməti Arakanlı qaçqınlardan ibarət ikinci qrupu Benqal körfəzində yerləşən əlverişsiz iqlimi olan Bhasan Char adasına göndərməyi planlaşdırır.
 
Maide.Az xəbər verir ki, Reutersin xəbərinə görə, İnsan haqları təşkilatlarının narazılığına baxmayaraq hökümət sürgünü gerçəkləşdirəcəyini bildirib. 
 
Banqladeşli səlahiyyətlilərin verdiyi məlumata görə keçən ay adaya aparılmış 1600 nəfərdən əlavə, yaxın bir neçə gün ərzində təxminən 1000 müsəlman qaçqının göndərilməsi gözlənilir. 
 
 
Banqladeş Sığınacaq Ofisinin rəhbəri Məhəmməd Şəms Əl Daci insanların adaya könüllü olaraq getdiyini deyib. Ancaq Arakan qaçqınları və insan haqları fəalları bunu inkar edərək bildiriblər ki, cəmi 20 il əvvəl su altından çıxan adaya məcburi olaraq gedirlər.
Bir milyondan artıq evsiz Arakan müsəlman qaçqına sahiblənən Banqladeş, düşərgələrin və sığınacaqların problemləri səbəbi bəhanəsiylə yüz min qaçqını məcburi sürgün edir.
 
Adanın çətin iqlim şəraiti, musson fırtınaları və daşqın riskinin çox olması, qaçqınların yaşayış şərtlərinin ağır olması Arakanlı insan haqları müdafiəçilərinin narahatlığını daha da artırıb.
Birləşmiş Millətlər Təşkilatı, Banqladeş səlahiyyətlilərinin davamlı fırtına və daşqınlara məruz qalan adanın texniki və təhlükəsizlik xüsusiyyətlərinin qiymətləndirilməsinə icazə vermədiyini bildirib.

Google+ WhatsApp ok.ru