Baş Prokurorluq: Ermənistanın atəşi nəticəsində 75 yaşlı qadın həyatını itirib 07 Oktyabr 2020 13:18 Qarabağ xəbərləri Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq ölkəmizin dinc əhalisinə qarşı terror əməllərini davam etdirir. Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələrini və silahsızlaşdırılmış zonaları, habelə mülki əhalini hədəfə almaqla ağır artilleriyadan Ağdam rayonunu müxtəlif istiqamətlərdən atəşə tutub. Rayonun Xındırıstan kəndi ərazisində yaşadığı evə mərmi düşməsi nəticəsində kənd sakini 1945-ci il təvəllüdlü Əliyeva Zərifə Qamboy qızı həyatını itirib, eyni zamanda evə külli miqdarda ziyan dəyib. Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir. Teqlər : #Baş,#Prokurorluq:,#Ermənistanın,#atəşi,#nəticəsində,#yaşlı,#qadın,#həyatını,#itirib, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Erməni təxribatları nəticəsində ölən mülki şəxslərin sayı 28 nəfərə çatdı İşğaldan azad olunan Cəbrayıl rayonunun Şəybəy kəndi (VİDEO)
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib
15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni