Kərbəla şəhidləri -Əmr ibn Qərəzə ibn Kəb Ənsari

Kərbəla şəhidləri -Əmr ibn Qərəzə ibn Kəb Ənsari

Xəzrəc tayfasından olan Əmrin nəsil-nəcabəti mədinəli olsa da, özü Kufədə yaşayırdı. Kərbəla hadisəsində Əmr Kufədən Kərbəlaya gələrək özünü İmam Hüseynə (ə) yetirir.
Aşura günü Əmr İmam Hüseyndən (ə) döyüş meydanına yollanmaq üçün icazə istəyir. İmamdan (ə) icazə aldıqdan sonra meydana qədəm qoyur.
 
Aşura günü zöhr namazı vaxtı İmam Hüseyn (ə) namaza başlayır. Əmr bir neçə nəfər səhabə ilə birlikdə imam Hüseynin (ə) canını qorumağı öz öhdəsinə götürür. O, çoxlu bədən yarası aldığı zaman üzünü İmam Hüseynə (ə) tutub deyir: “Ey Peyğəmbərin (s) övladı! Əhdimə vəfa qıldımmı?” İmam (ə) buyurur: “Bəli! Sən Cənnətə məndən qabaq gedəcəksən. Mənim salamımı Rəsulullaha yetir və de ki, mən də səndən sonra görüşünə gələcəyəm.”
 
Əmr bu sözləri eşitdikdən sonra təbəssüm edir və gözlərini yumaraq şəhadətə yetir. .“Salam olsun Əmr ibn Qərəzə Ənsariyə!”
 
Maide.Az - Maarif bölümü 
 

Google+ WhatsApp ok.ru