Bayram günlərinin hava proqnozu açıqlanıb

Bayram günlərinin hava proqnozu açıqlanıb

--- hava yenidən pisləşəcək: leysan, daşqın gözlənilir

Bakıda və Abşeron yarımadasında iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
 
Maide.Az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən xəbərə görə, Azərbaycanın rayonlarında iyunun 16-sı axşam bəzi şimal və qərb rayonlarında, 17-si gündüzdən 19-u gündüzədək isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir.
 
Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə  3-5 dərəcə aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli  daşqın keçəcəyi ehtimal olunur.
 
İyunun 15-də Bakıda və Abşeron hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturunun Abşeron yarımadasında gecə 17-19, gündüz 25-30,  Bakıda gecə 17-19, gündüz 28-30 dərəcə isti olacağı gözlənilir.
 
Azərbaycanın rayonlarında iyunun 15-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi gündüz arabir güclənəcək. Havanın temperaturunun gecə 15-20, gündüz 29-34, dağlarda gecə 9-14, gündüz 17-22 dərəcə isti olacağı gözlənilir.
 
Tibbi-meteoroloji proqnoza əsasən, iyunun 15-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü  meteohəssas insanlar üçün əsasən  əlverişlidir.

Google+ WhatsApp ok.ru